Qax Rayon İcra Hakimiyyətinin başçısı Şəkiliyev Musa onunla görüşə gələn rayon sakinlərini uşaq bağşasının stullarında əyləşdirib.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə görüşdən yayılan fotolar müzakirələrə səbəb olub və tənqid edilib. İcra başçısı ilə görüş açıq havada təşkil edilib. Bu yaxşı fikir olsa da, rayon sakinləri günün altında qalıblar. Belə ki, başçı və kpməkçiləri üçün açılmış stol kölgəlikdə qurulub. Sakinlər üçün nəzərdə tutulan hissə isə günəşin altında salınıb. Neçə saat davam edən görüş boyu rayon sakinlər günün altında əyləşməli olublar.
Bu azmış kimi, görüşdə sakinlər üçün normal oturacaqlar da qurulmayıb. Oturacaqlar hansısa uşaq bağçasından gətirilərək düzülüb. Azyaşlılar üçün nəzərdə tutulan rəngli və kiçik ölçülü stullarda rayonun yaşlı, ahıl sakinləri əyləşdirilib.
Roman