İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ

İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub.

 

Bu barədə “Yeni Sabah”a Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev məlumat verib

 

“Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.

 

Qeyd edək ki, icra başçısının üç müavini var: Dibirov Turan Eldar oğlu, Rüstəmova Nəzakət Carullah qızı və Nuriyeva Mehparə Zahid qızı.

 

Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.