Bütün müəllimlərdən hər ay əmək haqlarından kassa pulu yığılır
TİA.AZ-a daxil olan məlumatlara görə Bərdə rayon icra hakimiyyətində şok olay yaşanıb. TİA.AZ-a verilən məlumatın təfərrüatında bildirilir ki, 2017 -ci ilin iyul ayında Bərdə icra hakimiyyətinin 6 aylıq Şura iclasında rayon təhsil idarəsinin müdiri Rzaqulu Şərifovun çıxışına rayon İcra hakimiyyətinin başçısı tərəfindən ciddi iradlar səsləndirib.
Rzaqulu Şərifov öz çıxışında rayon ziyalıların tənqid edərək söyləyib ki, siz rayonun taxıl istehsalı ,barama istehsalı,pambıq istehsalı barədə birdə danışmayın. Siz danışanda ancaq təhsildən danışın.
“Rzaqulu müəllimin bu çıxışı haqlı olaraq başçı tərəfindən birmənalı qarşılanmayıb. İcra başçısı bildirib ki,rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi çox mühüm məsələdir və biz bunu inkişaf etdirməliyik”,-mənbə bildirir.
Belə olan halda Bərdə təhsil idarəsinin müdiri Rzaqulu Şərifova rayon ziyalıları bu suallarla müraciət ünvanyaıblar:
“Hörmətli Rzaqulu müəllim, rayon təhsil sisitemi sizin rəhbərlik etdiyiniz illərdə çox bərbad günə düşüb.Belə ki:
1. Bütün müəllimlərdən hər ay əmək haqlarından kassa pulu yığılır.
2. Siz məktəb direktoru işləyəndə birinci sinifə uşaq qəbulu üçün gərək sizə hörmət edərdilər.
3. Həmin məktəbdə uşağın birinci partada oturması üçün də sizə hörmət etmək lazım idi.
4. Müəllimlər repetitor işləmələri üçün sizə haqq verməlidirlər.
5. Orta məktəb şagirdləri qış aylarında məktəbə çantalarında odun gətirirdilər ki, peçdə yandırsınlar.
6. Məktəblər üçün ayrılan təsərrüfat xərclərinin necə xərclənməsində yaxşı bilirsiniz.
7. Kənddən şəhərə gələndə bir köhnə “Moskviç” markalı maşınınız var idi ,indi isə “PRADO” sürürsünüz (saxlığınıza qismət)
8. Məktəb direktoru işləyəndə xidməti 09-AA-089 nömrəli maşınla kimin adam vurub öldürməsini də yəqin unutmamısınız.
9. Hər il 11-ci siniflərdə yalandan adları gedən 100–lərlə Bakı sakininin sinif jurnallarında adlarının nə məqsədlə yazılmasını yəqin bilirsiniz.
10. Bakı küçəsində aldığınız villanı sizin əmək haqqı ilə almaq da mümkün olan məsələ deyil.
Elə isə siz təhsildən danışanda bax bu məsələlərdən danışın.
Bu gələcəyimiz üçün faciədir.
Birdə ki, sizə bir məsləhət “Qurani Kərim”də üç dəfə deyilir ki ,dilini qoru…
Qarşı tərəfi də dinləməyə hazırıq.
TİA.AZ