İcra başçısı Adil Əliyevdən şəhidə və onun ailəsinə laqeyd münasibət

İcra başçısı Adil Əliyevdən şəhidə və onun ailəsinə laqeyd münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev ölümünün 5-ci ili olan şəhid XTQ kapitanı Elçin İsmayılovun ailəsinə il dönümü ilə bağlı baş çəkməyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, yeni icra başçısı ailə ilə ümumiyyətlə maraqlanmır. H.Novruzzadə şəhidin xanımının sözlərini ictimailəşdirib:

“Qapı qonşumuz şəhid XTQ kapitanı Elçin İsmayılovun Yoldaşı Sevinc xanım:
“Dünən həyat yoldaşım Elçinin Şəhid olduğu gün idi, artıq 5 il keçir. Hər il Suraxanı keçmiş İcra başçısı Əziz Əzizov il dönümündə gəlirdi bizə, daimi diqqət göstərirdi, maraqlanırdı. 1 ildən çoxdur Adil Əliyev Suraxanı icra başçısı olub, bir dəfə maraqlanmayıb, nə də il dönümlərində gəlməyib, heç İcra Hakimiyyətindən zəng də olmayıb.
Hər il ancaq müəyyən 2-3 ailəyə baş çəkilir, yardımlar olunur. Yəqin bir necə ilə Elçinin adı ümumiyyətlə heç yerdə çəkilməz, çünki öz yaşadığı ərazidə icra başçısı belə laqeyd münasibət göstərirsə”.

Gülşən Rəsul