backend

ICNL Azərbaycanın qrantlarla bağlı qərarını alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (ICNL) Azərbaycanda xarici maliyyələşməyə çıxışın asanlaşdırılması ilə bağlı “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na edilən dəyişiklikləri alqışlayıb. 

TİA.AZ xəbər verir ki, ICNL-nn məlumatına görə, 2016-cı ilin oktyabrında prezident İlham Əliyevin imzaladığı fərman və Nazirlər Kabinetinin son qərarları Azərbaycan hakimiyyətinin yeni siyasi iradəsini göstərir.

“Əgər yuxarıda adı çəkilən sadələşdirmə ilə bağlı qərar praktikada icra olunsa, Azərbaycan QHT-lərinə verilən qrantlar ölkədə vətəndaş birlikləri və demokratik dəyərlərin möhkəmlənməsinə yardım edəcək. Biz ümid edirik ki, yeni tətbiq olunan prosedurlar bürokratik əngəllər və ixtiyarı mühakimələrlə qarşılaşmayacaq”,-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edib. Dəyişikliyə əsasən Azərbaycanda xarici donorların qrant vermək hüququ əldə etməsi qaydası dəyişib. Öncədən qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib.