Dünən Qətərdə futbol üzrə XXII dünya çempionatı start götürüb. İndi Qətər bütün dünyanın diqqət mərkəzindədir.
Tribunainfo.Az qəribə qadağaları ilə yadda qalan bu dünya çempionatına ev sahibliyi edən Qətər haqqında maraqlı yazı hazırlayıb. Sözügedən yazını təqdim edirik:
Qətər Böyük Britaniyadan 1971 – ci ildə müstəqillik qazanıb.
Qətər təbii qaz ehtiyatlarına görə TOP 3 ölkədədir və eyni zamanda dünyanın ən böyük neft ixracatçısı ölkəsidir.
Qətər mövcud olduğu dövrdə Bəhreyn, Böyük Britaniya, Osmanlı İmperiyası və Portuqaliya kimi dövlətlərin nəzarəti altında olub.
Yay mövsümündə Qətərdə temperatur +50°-ə çata bilir.
Ölkədəki milli valyuta Qətər rialıdır.
Güclü yağışdan sonra doldurulan müvəqqəti çaylar istisna olmaqla, Qətərdə bir dənə də olsun daimi çay yoxdur. Maraqlı bir həqiqət budur ki, Qətərin demək olar ki, bütün ərazisi səhra tərəfindən işğal edilib. Şirin su hövzələrinin çatışmazlığı var, nəticədə Qətərlilər dəniz suyunu duzsuzlaşdırmalı olurlar.
Qətərdə tarixi abidələr yoxdur.
Qətər vətəndaşlarının 99%-i şəhər sakinləridir. Üstəlik, 10 qətərlidən 9-u əyalətin paytaxtı – Dohada yaşayır.
Qətərin rəsmi dili ərəb dilidir, vətəndaşlarının yalnız 40%-i ərəblərdir. Ölkə eyni zamanda Hindistan (%18) və Pakistandan (18%) çox sayda immiqranta ev sahibliyi edir.
Heç bir əcnəbi Qətər vətəndaşı ola bilməz. Burada heç bir əcnəbiyə vətəndaşlıq verilmir.
Qətərdə hər hansı bir siyasi güc, həmkarlar ittifaqı və ya mitinq qadağandır.
Qətərdəki bütün qida məhsulları digər ölkələrdən idxal olunur.
Qətərli gənclər ərəbcə ilə yanaşı ingilis dilində də danışırlar.
2012 – ci ildə Forbes jurnalı Qətərin adam başına düşən orta gəlir göstəricisində lider mövqeyi tutduğu bir reytinq dərc etdi – 88, 222 dollar!
Qətər Pakistandan sonra dünyanın ən çirkli havasına malik ölkədir.
Qətərdə alkaqollu içkilər qadağandır. Bu ölkədə “Koka-kola” adi içməli sudan daha ucuzdur.
Nigar
Tribunainfo.Az