“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürdü

“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb.

Modern.az-ın məlumatına görə, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan – Şamaxı – İsmayıllı seçki dairəsindən irəli sürüb.

Məlumatı saytımıza adı çəkilən seçki dairəsindən təsdiqləyiblər. Bildirilib ki, Ş.Seyidzadə artıq imza vərəqələrini də götürüb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 87 saylı Qobustan – Şamaxı – İsmayıllı  seçki dairəsindən namizədi Rasim Ramis oğlu Novruzovdur.

Xatırladaq ki, Şahin Seyidzadə altıncı çağırış Milli Məclisə 50 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi. 2022-ci ilin martında ölkə başçısının sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunan Şahin Seyidzadə deputat mandatını təhvil vermişdi.