“İçərişəhər”in qapısında “görünməz” dayanacaq – FOTOLAR

“İçərişəhər”in qapısında “görünməz” dayanacaq – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində, “İçərişəhər” metrostansiyasının çıxışında yerləşən avtobus dayanacağı uzun müddətdir ki, diqqətdən kənarda qalıb. Paytaxtın ən çox ziyarət edilən turistik zonasında yerləşən bu dayanacaq nəinki şəhər qonaqları, hətta yerli sakinlər üçün də narahatlıq mənbəyinə çevrilib.

Burada nə kölgəlik var, nə də məlumat lövhəsi. İsti yay günlərində uşaqlı analar, yaşlı insanlar və digər sərnişinlər günün altında saatlarla avtobus gözləmək məcburiyyətində qalırlar.

Gözləmək çətin, dayanacaq isə şəraitsizdir. Çarəsiz qalan sərnişinlər daşların üzərində oturmağa məcbur olurlar. Burada nə dayanacağın adı görünür, nə də buradan keçən avtobusların nömrəsi yazılıb. Halbuki şəhərin bəzi dayanacaqlarında heç olmasa dirəyə avtobus nömrələri əlavə olunur.

Elektron məlumat lövhələrinin uzun illərdir işləməməsinə artıq öyrəşmişik, amma bu dayanacaqda vəziyyət daha da bərbaddır, məlumat lövhəsi ümumiyyətlə yoxdur.

Sərnişinlər aidiyyəti qurumlardan bu vəziyyətə nəzarət olunmasını, xüsusilə də şəhərin mərkəzində yerləşən belə vacib bir nöqtədə dayanacaq şəraitinin yaxşılaşdırılmasını gözləyirlər.