“İçərişəhər” Dövlət Qoruğunun iki tenderi niyə ləğv olunub?

“İçərişəhər” Dövlət Qoruğunun iki tenderi niyə ləğv olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İçərişəhər” Dövlət Qoruğunun iki tenderi bir gündə ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, Mənzil-Kommunal Təmir Xidməti İçərişəhər ərazisinin binalarının fasad və eyvanlarının təmiri işləri və təmiri işləri üçün mal-materialların satın alınmasını həyata keçirməyi qərarlaşdırıb. Bu məqsədlə 115.059,67 manat vəsait də ayırıb. Lakin nəzarət edən orqan həmin tenderi məqbul hesab etməyib. Bunun konkret səbəbi isə açıq mənbələrə qeyd ediləməyib. Güman olunur ki, işlərin görülməsi üçün ayrılmış vəsait şişirdilib.

İkinci tender isə İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri ilə bağlı olub. Dəyəri 105.886,12 manat olan bu müsabiqənin ləğvi barədə də konkret rəy yoxdur.