“Rich A.S” MMC “İçərişəhər” adı ilə buraxdığı dondurmaların çəkisində istehlakçıları aldadır. Qablaşdırmanın üzərində göztərilən dondurmanın çəkisi onun real çəkisindən qat-qat aşağıdır.
Tribunainfo.az yazır ki, vətəndaş Əhməd Əli şirkətin yalanınız üzə çıxarıb. O bildirib ki, ən ucuz qiymətə satılan plambir dondurmalarının çəkisi belə “İçərişəhər” adı ilə satılan dondurmanın çəkisindən çoxdur. Üstəlik qiyməti də bahadır:
“İstehsalçısı “Rich A.S” MMC-dir. Ən ucuz digər plombir belə “İçərişəhər” dondurmasından daha doludur. Qablaşdırmada 70 + 2 gram yazıblar, ancaq heç 60 qram da deyil. Qiyməti də 70 qəpikdir. Ən ucuz plombir dondurması isə 30-40 qəpik olsa, çəkisi daha çoxdur. 30 və 70 qəpiklik dondur arasındakı fərqi siz də görün”.