“İçəri Şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb. Festival 12-19 yanvar tarixlərində Puna şəhərində keçiriləcək.
“İçəri Şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb. Festival 12-19 yanvar tarixlərində Puna şəhərində keçiriləcək.
TİA.AZ xəbər verir ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
“İçəri Şəhər” filmi həmçinin Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalı və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında nümayiş olunub.
Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.