İçəri girən qapıçı şoka düşdü, cəsədlər…

İçəri girən qapıçı şoka düşdü, cəsədlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakkarinin Yüksekova rayonunda bir binanın 4-cü mərtəbəsindəki mənzildə biri qadın olmaqla iki nəfərin meyiti tapılıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,Yüksekova rayonu İpekyolu küçəsində yerləşən binada xidmətçi səhər saatlarında dəhlizləri təmizləyərkən 4-cü mərtəbədəki mənzilin qapısının açıq olduğunu görüb.

Qapıçı içəri daxil olub cavab almayanda mənzilə daxil olub və iki nəfərin meyiti ilə qarşılaşıb.

Xəbərdarlıq üzərinə polis və tibb qrupları ünvana sövq edilib. Polis qrupları tərəfindən aparılan araşdırmada güllələnən iki şəxsin Konya qeydiyyatında olan Fatma Bezel (24) və Ankarada qeydiyyatda olan Muhammet Uzun (31) olduğu müəyyən edilib. Cəsədlər Yüksekova Dövlət Xəstəxanasının meyitxanasına aparılarkən , hadisə ilə bağlı araşdırma başladılıb.