backend

İcbari tibbi sığorta 2018-ci ildə tam tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2018-ci ildə bütövlükdə ölkə üzrə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq”. 

“2018-ci ildə bütövlükdə ölkə üzrə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq”.

TİA.AZ xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi bir o qədər tez yüksəlməyə başlayacaq:“Hansı ölkə səhiyyə sahəsində uğu qazanıbsa, bunun səbəbi icbari tibbi sığortadır. İcbari tibbi sığorta üzrə yükün hamısını dövlət büdcəsi öz üzərinə götürməməlidir. Xeyli digər mənbələr var. Bu istiqamətdə Səhiyyə Nazirliyi, digər qurumlar Maliyyə Nazirliyi ilə bir yerdə oturub ciddi tədbirlər planı hazırlamalıdır. Əhalinin az müdafiə olunan elə qrupları var ki, onların tibbi sığortasını dövlət öz üzərinə götürməldir”.

Ə.Əmiraslanov qeyd edib ki, İcbari tibbi sığortanın tətbiq olunması istiqamətində uğurlu addımlar atılıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədən müəyyən vəsait ayrılıb. 29 noyabrda icbari tibbi sığortanın tətbiqi ilə bağlı cənab prezident fərman imzalayıb. Fərmanda icbari tibbi sığortanın həyata keçirilməsinin mexanizmi öz əksini tapıb. Pilot layihənin gələn il Yevlax və Mingəçevirdə həyata keçirilməsi nəzrədə tutulub. Bunlar üçün də 10 mln. manat ayrılıb. Əminəm ki, bu pilot layihə uğurla həyata keçiriləcək