“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçin qışda “Milan”a keçidi həll olunmaq üzrədir.
Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, tərəflər arasında danışıqlar müsbət yöndə davam edir. İsveçli futbolçunun həyat yoldaşı Helena da artıq bu keçidə razılıq verib.
Ancaq maliyyə feyr-pley qaydaları ilə bağlı UEFA-nın diqqət mərkəzində olan İtaliya klubu 37 yaşlı futbolçunun transferini elə həll etmək istəyir ki, buna görə cəza almasın.
Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub.