İbrahim Tatlısesin polisin üzərinə maşın sürən qızına reaksiyası GÜNDƏM OLDU

İbrahim Tatlısesin polisin üzərinə maşın sürən qızına reaksiyası GÜNDƏM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni İbrahim Tatlısesin jurnalistlərə müsahibəsi zamanı maraqlı anlar yaşanıb. 

Sənətçiyə polisin üzərinə maşın sürən qızı Dilan Çıtak Tatlıseslə bağlı sual ünvanlanıb.

O əl hərəkəti ilə suala cavab verməkdən imtina edib. Dilan Çıtakın isə özünü onun qızı kimi təqdim etməsini qəbul etmədiyini vurğulayıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

 

Xatırladaq ki, Dilan Çıtakın maşınını polisin üzərinə sürdüyü görüntülər yayılıb.  Videoda Dilanın polisin “saxla” əmrinə tabe olmayaraq onun üzərinə sürdüyü kadrlar əks olunub.

Hadisə Bodrumda Dilan istirahətdən qayıdarkən yaşanıb. O yol hərəkətİ qaydalarını pozub. Bu zaman polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib. Sənətçi qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra  havaya atəş açılıb. O maşını saxlamaq məcburiyyətində qalıb.

Avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə bölməyə aparılıb. Daha sonra isə o sərbəst buraxılıb.