Türkiyəli müğənni İbrahim Tatlısəsin pensiyaya çıxmaq üçün xəstəxanadan arayış aldığı irəli sürülüb.
Türkiyəli müğənni İbrahim Tatlısəsin pensiyaya çıxmaq üçün xəstəxanadan arayış aldığı irəli sürülüb.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə məşhur müğənninin bir aylıq pensiyası 800 ilə 4 min TL (təxminən dörd yüz manat ilə iki min manat arasə) arasından olacaq. Bununla yanaşı, Tatlısəsin bəzi vergi güzəştlərindən də yararlabiləcəyi qeyd edilib.
Xatırladaq ki, İbrahim Tatlısəsin həyatı 2011-ci ilin mart ayında tamamilə dəyişib. O, “İbo Show” proqramının çıxışında silahlarla atəş nəticəsində başından yaralanaraq ölümdən dönüb. Həddən artıq qan itirın müğənni 6 saatlıq ağır əməliyyatdan sonra 2 həftə həyatla ölüm arasında mübarizə aparıb. O gündən bəri ifaçı karyerası ilə məşğul ola bilmir.