Qızı Dilan Çıtak Tatlısəslə yaşadığı problemlə günlərdir gündəmdə olan İbrahim Tatlısəs dünən axşam verdiyi konsertdə ürək qapağındakı xəstəlik səbəbindən əməliyyat olunacağını bildirib.
Tribunainfo.az SonDakika-ya istinadən xəbər verir ki, səhnədə sevdikləri ilə vidalaşan Tatlısəs ağlayaraq bağışlanma diləyib.
Pərəstişkarları ilə bir araya gələn Tatlısəs keçirəcəyi əməliyyatdan danışarkən duyğulu anlar yaşayıb.
Konsertində sevilən mahnılarını səsləndirən Tatlısəs bir məqamda səhhətindən danışıb. Yaxınlarından dua istəyən Tatlısəs “Sabah əməliyyat olunacağam. Həkimim ürək qapağımı dəyişəcək. Məni bağışlayın və dualarınızı unutmayın. Allah mənimlədir”, – deyib. Pərəstişkarlarının alqışlamaları və adını səsləndirmələrindən təsirlənən Tatlısəs göz yaşlarına hakim ola bilməyib.