İbrahim Rəisidən sonra o prezident olacaq – Analitik açıqladı

İbrahim Rəisidən sonra o prezident olacaq – Analitik açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İbrahim Rəisidən sonra da prezident mühafizəkar qanadın namizədi olacaq. İranda mühafizəkarlar getdikcə möhkəmlənirlər. Hazırkı xarici işlər naziri əvəzi də konservantlardan biridir”. Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib. Ekspertə görə, İranda mövcud siyasi sistem ali dini rəhbərə bağlıdır və prezident kürsüsündə olan şəxsin seçiminə əvvəlcə o rəy verməlidir.

Təhlilçi ali dini rəhbər Seyid Əli Xameneinin mühafizəkar qanadın namizədinə üstünlük verəcəyini gözləyir: “İranda islahatçıların mövqeləri zəifləyir. Həsən Ruhanidən sonra onların önə çıxardığı namizəd demək olar ki, yoxdur. Hazırda 4 namizədin üçü sağçı, biri solçudur. Deməli, Xamenei yenə də mühafizəkarları hakimiyyətdə saxlayır”.
Ekspertin fikrincə, yeni prezidentdən sonra Bakı ilə münasibətlərdə hər hansı problem olmamalıdır.

Roman