İbrahim Kalın Ərdoğanın ilk səfər edəcəyi ölkələri açıqladıbackend

İbrahim Kalın Ərdoğanın ilk səfər edəcəyi ölkələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”.

Tribunainfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.Onun sözlərinə görə, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda da bir tədbir var: “Prezident Rəcəb Tayyib Ərdoğanın həmin toplantıya qatılıb-qatılmayacağı hələ ki məlum deyil”.

İ.Kalın deyib ki, Kişineuda keçiriləcək görüşə Avropa İttifaqına üzv ölkələr və daha 20 dövlət dəvət edilib: “Orada liderlərlə bir görüş də ola bilər”.