Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) məlumat verilib.
Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyarları nəzərə alınacaq.