“İ-Qafqaz” avtobus fisması barəsində icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, avtobus firması İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsinin tələbini pozub.
Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Firma ilə bağlı açılmış işə 28 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar