I Divizionda 10, II Divizionda 12 komanda yarışacaq – Bu qədər pul alacaqlar

I Divizionda 10, II Divizionda 12 komanda yarışacaq – Bu qədər pul alacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2023/2024 mövsümündə Birinci Divizionda 10 komandanın iştirak edəcəyi ilə bağlı qərar qəbul edilib.

Yeni yaradılan və yarı peşəkar olan İkinci Divizionda da neçə kollektivin iştirak edəcəyi dəqiqləşib. Bu liqada 12 komanda mübarizə aparacaq.

 

Birinci divizionda komandalara 300 min manat, ikinci divizionda isə 50 min manat maliyyə yardımı ayrılacaq.