İranın “Tasnim” agentliyi etiraf etdi: Bəli, Bakı…

İranın “Tasnim” agentliyi etiraf etdi: Bəli, Bakı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənub Qaz Dəhlizi Azərbaycanın strateji layihələrindən biri kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və Bakının dünya enerji tənliklərində mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Tasnim” Agentliyinin dərc etdiyi “Cənub Qaz Dəhlizi; Azərbaycanın geosiyasi qələbəsi, yoxsa iki ağızlı qılınc?” başlıqlı yazısındadndır.
Məqalədə deyilir ki, bütün bunlara rəğmən, Bakı maliyyə məhdudiyyətləri və enerji siyasətində dəyişikliklər kimi problemlərlə üzləşə bilər. “TANAP və TAP layihələri Azərbaycanın qaz ixrac infrastrukturunun əsasını təşkil edir və qazın Türkiyə və Avropa bazarlarına nəqlini reallaşdırır. TAP kəməri qazın İtaliya, Yunanıstan və Bolqarıstana ixracında mühüm rol oynayır və gələcəkdə ötürmə qabiliyyətini artırmaq potensialına malikdir”.
Agentlik daha sonra yazır ki, “Cənub Qaz Dəhlizi” təkcə qaz kəməri deyil, həm də Azərbaycanın dünyanın enerji tənliyində dəyişən rolunun simvoludur. “Bu layihə Azərbaycanın beynəlxalq enerji siyasətində rolunu artırıb. Lakin bu uğurlarla yanaşı, bu layihənin inkişafında çətinliklər də var”.
İran nəşri hesab edir ki, həmin çətinliklər investisiya ehtiyacı, maliyyə məhdudiyyətləri və yeni qaz yataqlarından asılılıqdır.
“Tasnim” etiraf edir ki, Azərbaycan artıq geosiyasi məkanda əsas oyunçulardan biridir. “Lakin gələcəkdə Azərbaycan maliyyə məhdudiyyətlərinin aradan qaldırılması, infrastrukturun modernləşdirilməsi və Avropa ilə əlaqələrin gücləndirilməsi kimi problemlərlə üzləşə bilər”.