“Hyundai Gənclik Avtoservis”də müştərini aldatdılar – Məhkəmə cərimələdi

“Hyundai Gənclik Avtoservis”də müştərini aldatdılar – Məhkəmə cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hyundai Azerbaijan” məxsus “Hyundai Gənclik Avtoservis”də müştəri aldadıldığı üçün məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, C.B. adlı şəxs “Kia Sorento” markalı 90 FZ 089 dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış problemə görə sözügedən avtoservisdə aldadıldığını iddia edib.

Orada usta işləyən cavabdeh Elnur Ağamehdi oğlu avtomobili yoxladıqdan sonra bildirib ki, maşının amortizatorunda problem olduğundan orijinal yenisi ilə əvəz edilməlidir. Bunun üçün ondan 545 manat məbləğində ödəniş alaraq, amartoziatoru dəyişdiyini bildirib. Daha sonra sürücü avtomobilini idarə edərkən problemin aradan qalxmadığını görüb.

 


C.B. avtomobili digər fərdi avtoservisə göstərdikdə ona məlum olub ki, “Hyundai Gənclik Avtoservis”də heç bir təmir işi aparılmayıb və detal yenisi ilə əvəz edilməyib.
Zərərçəkmiş şəxs məsələ ilə bağlı polisə şikayət verib. Avtoservisdə çalışan Elnur usta polisdə hər şeyi etiraf edib və ona dəyən ziyanın qaytarılması üçün vaxt istəyib. Lakin cavabdeh tərəfindən ona vurulan zərər qaytarılmayıb. Bundan başqa, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qaldığını deyib. Avtomobili qəzalı vəziyyətdə sürərək həyatı üçün təhlükə yaranıb.

İddiaçı “Hyundai Gənclik Avtoservis”in ustası barəsində cavabdehdən 745 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın və 35,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Məhkəmə “Hyundai Gənclik Avtoservis”in Elnur adlı ustasından 600 manat maddi zərər və 30 manat dövlət rüsumunun tutulması barədə qərar çıxarıb.

Qeyd edək ki, eyni problemlər “Hyundai Lənkəran Avtoservis”də də baş versə də, şirkət problemi həll etməyib.