“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru cərimələndi – QƏRARbackend

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru cərimələndi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov Rayon Məhkəməsində “Auto Azərbaycan” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda MMC-yə inzibati tənbeh tətbiq edilib.

Qərarla “Auto Azərbaycan” 1500 AZN cərimələnib.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: MMC “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütorudur.