Payızın gəlişi ilə birlikdə bəzi insanlarda “mövsimi depressiya” adlanan ruhi vəziyyət müşahidə olunur. Davamlı kədər, ümidsizlik, yuxu pozğunluğu, iştah dəyişikliyi və motivasiya azalması kimi əlamətlərlə özünü göstərir.
Tribunainfo.az bildirir ki, gün işığının azalması serotoninin ifrazını azaldır, melatonini artırır və bu da beyin kimyasını dəyişdirərək depressiyaya səbəb ola bilər. Psixoloji olaraq isə payız, insanlarda hüzün və sıxıntı hisslərini gücləndirir.
Əsas simptomlar
davamlı kədər və ümidsizlik
yuxu və iştah dəyişikliyi
enerji itkisi və halsızlıq
diqqət və yaddaş zəifliyi
sosial həyatdan uzaqlaşma
intihar və ölüm düşüncələri
Çarə varmı?
Payız depressiyası digər depressiya növlərində olduğu kimi müalicə edilə bilər. Son illərdə tətbiq edilən işıq terapiyası günəş işığının çatışmazlığını kompensasiya edərək hormon balansını tənzimləyir.
Mütəxəssislərdən qorunma tövsiyələri
Gün işığından maksimum yararlanmaq
Açıq havada gəzmək və idmanla məşğul olmaq
Müsbət düşüncələr formalaşdırmaq
Ailə və dost dəstəyi almaq
Xobbilərə vaxt ayırmaq və sosial əlaqələri gücləndirmək
Qeyd: Payız depressiyası müalicə edilə bilən vəziyyətdir və vaxtında tədbir görülməlidir.
Pravda.az