Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib.
Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.
Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz.
Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.