Hüseyn Həsənovun Rusiyadakı biznesi ləğv edildi

Hüseyn Həsənovun Rusiyadakı biznesi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloger Hüseyn Həsənovun Rusiyadakı aktiv biznesi ləğv edilib.

Tribunainfo.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, Federal Vergi Xidməti onunla əlaqəli sonuncu Rusiya şirkəti olan Banda Foods MMC-nin ləğvini başa çatdırıb.

Məlumatda bildirilir ki, 2023-cü ildə yaradılan biznes tez bir zamanda maliyyə çətinliyi ilə üzləşib.

“Uğursuzluq tərəfdaşlarla münaqişələrə səbəb oldu. Məhsulların qablaşdırılması və çatdırılması ilə məşğul olan şirkətlər artıq göstərilmiş xidmətlərin haqqını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Həsənov öhdəliklərini yerinə yetirməyib və Rusiyanı tərk edib”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, kreditorların toplamağa çalışdıqları borcun məbləği təxminən 800 min rubl təşkil edir.