Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda səfərdə olan Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviçlə görüşüb.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda səfərdə olan Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviçlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüşdə bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” 11 mart 2013-cü il tarixində Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanıb.