Hüseyn Abdullayevin anası: “Mən də aclıq edirəm, xəstəxanadayam, sistem köçürürlər…”

Hüseyn Abdullayevin anası: “Mən də aclıq edirəm, xəstəxanadayam, sistem köçürürlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun vəziyyətindən danışıb. 

Z.Abdullayeva Pravda.az-a açıqlamasında bunları deyib:

“Aprelin 22-də Hüseyni həbsdən evə gətirməyə hazılaşırdıq. Heç bir problem yox idi. Hər zaman nəzarətdə saxlayırdım. Martın 2-də yanına getmək istədim, dedi ki, gəlmə, məni Baş Prokurorluğa aparırlar. Səbəbini bilmirdi. Yenidən ona qarşı ittiham irəli sürdülər. Altı ildir, həbsdə olan biri necə 6 milyon manat vəsiti leqallaşdıra bilər? Saat 21:00-da Prokurorluqdan çıxardılar. Maşını izləyirdim ki, görüm Hüseyni hara aparırlar. Binəqədi Rayon Məhkəməsinə aparmışdılar. Barəsində 4 ay müddətinə həbsqətimkan tədbiri seçildi. Hazırda xəstəxanadayam, sistem köçürürlər. Yemək verirlər, yemirəm. İyunun 4-də Hüseynlə görüşdüm. Çox təkid etdim ki, aclıq aksiyasına son qoysun. Dedim ki, sən belə etsən, mən də aclıq elan edəcəyəm. Artıq iki gündür, heç nə yemirəm. Aclıq elan etmiş kimiyəm. And içmişdim ki, edəcəyəm. Ürək əməliyyatı olmuşam. 6 il həbsxana qapısında süründüm, xəstə-xəstə, 74 yaşında… İndi də yeni ittiham. Buna dözmək olmur. Artıq gücüm çatmır. Hüseyn dedi ki, belə yaşamaqdansa, ölmək yaxşıdır, aclıq elan edirəm, qoy ölüm, bu zülmdən canım qurtarsın. Dedim ki, aclıq etsən, ya mən ölsəm, kimin vecinə olacaq? Dedi ki, yox, sən möhkəm ol, mən aclığa davam edəcəyəm. Mən isə möhkəm ola bilmirəm. Bəzi yerlərə şikayət etdim, səsimi qaldırdım, amma nəticə yoxdur. Qoy dünyada ilk hadisə olsun ki, həbsdə olan oğluna görə ana da aclıq elan etdi. Sistem köçürürlər, qoy görüm oğlumun aqibəti necə oldu, sonra ölüm. Respublika Diaqnostika Mərkəzində Şahin həkimin pasiyentiyəm. Ürəyim 93% tutulmuşdu. Avqust ayında əməliyyatımın 1 ili olacaq. Ötən il Heydər Əliyevin 100 illiyi ərəfəsində hamımız elə bildik ki, Hüseyni azadlığa buraxacaqlar. Buraxmadılar, əməliyyata düşdüm, dözmədim. Gözləyirəm ki, Allah öz hökmünü versin. Belə zülm tarixdə olmayıb…”