Hüquqşünas Mehdiyevlə bağlı şok faktlar açıqladı – Video

Hüquqşünas Mehdiyevlə bağlı şok faktlar açıqladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana gəldiyim 36 il ərzində şahidi olduğum Vətən xainlərini, batırılmış cinayət işlərini sadalasam dinləməyə bir ömür çatmaz. 9 il bundan əvvəl yayılsa da açıqlanan bir cinayət işində Vətən xainlərinin, onların əlaltılarının adlarını və cinayətlərinin təsdiqi olan faktlarla görmək istəyirsinizsə bu videonu (link sonda) paylaşın ki, hamı, xüsusilə gənc nəsil düşmənlərini tanısın.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat və video paylaşan hüquqşünas Aslan İsmayılov bildirib ki, ümid edir, yazdıqlarını tezliklə araşdıracaqlar:

“Bu 67 yaşımda Vətənim üçün bacardığımı etmişəm. Əminəm ki, illər bundan əvvəl dediklərimi, yazdıqlarımı nə vaxtsa araşdıranlar olacaq. Bu gün borcumu gördüklərim, həqiqiliyinə əmin olduğum faktları açıqlamaqda görürəm.

Nə qədər sağ olacamsa heç nəyə baxmadan Qarabağın 30 illik işğalının, uğrunda gedən döyüşlərdə xəyanətlər nəticəsində həlak olmuş on minlərlə gənclərimizin qisasını almaq üçün Vətən xainlərini ifşa edəcəm.

Xüsusilə, Baş Prokurorluğun necə R.Mehdiyevin alətinə çevrilməsinə videonu izlədikdə əmin olacaqsınız.

Video 2016-cı ildə paylaşılandan bu günə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri dəyişib. Ümid edirəm, onlar öz sələflərindən fərqli olaraq milli maraqların qorunması naminə videoda sadalanan faktlarla bağlı gec deyilkən araşdırmaya başlayacaqlar”.

Gülşən Rəsul