“Qarabağ ermənilərinin qeyd-şərtsiz qayıtması tələbini beynəlxalq təşkilatların irəli sürməyə haqqı çatmır”. Bunu hüquq müdafiəçisi Xəzər Teyyublu Tribunainfo.az-a bildirib. Onun sözlərinə görə, Qərb təsisatları, başda Fransa yeni əsassız çağırışlar edirlər. Hüquq müdafiəçisi söyləyib ki, onlar Azərbaycan qanunları əsasında bölgəyə qayıda bilər. X.Teyyublu bu məsələdə qərəz və mənasız qətnamələr olduğunu vurğulayıb. “O zaman Qərbi azərbaycanlılar da Zəngəzura qayıtmalıdır. Buna da çağırış olsun. Avropa bu məsələdə bizə nəyisə diktə edə bilməz. Beynəlxalq hüquq və ölkə qanunvericiliyinə uyğun addımlar atırıq”.