Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müəllimlərin 200-500 manatına da göz dikib.
Tribunainfo.az xəbər verir ki, bu sözlərlə AYNA-nı hüquq müdafiəçisi Sahib Məmmədov tənqid edib.
“AYNA adlı qurum təhsil müəssələrinin binaları ətrafında olan arxa yollara da dirəyini basdırıb. Müəllimlərin 200-500 manat olan maaşına göz dikən bu qurum nədənsə restornaların qarşısında bu dirəkləri basdırmağa tələsmir. Tam ştatda işləyib 500 manat alan müəllim hər gün ən azı 3 manat pul ödəməlidir. Bunun adı nədir?”.
Nigar İxtiyarqızı