Çeçen insan hüquqları aktivisti Oyub Titievin ailəsi Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildikləri üçün qaçıblar.
Avropa.info Titiev “Euronews”a istinadən xəbər verir ki, Oyub Titiev həbs olunduqdan sonra çeçen polisi onun evinə gələrək oğulu Bekhan və qardaşı Yaqubu axtarmış, evdə olan hər kəsi çölə ataraq qapıya möhür vurublar.
Titievin vəkili Pyotr Zaik Bekhan və Yaqub Titievin təhlükəsizliklərini təmin etmək üçün Çeçenistandan ayrıldıqlarını bildirib.
Oyub Titiev yanvarın 9-da maşınında aparılan axtarış nəticəsində narkotik maddə tapılması səbəbilə həbs olunub. Ancaq Rusiya Memorial İnsan Hüquqları Mərkəzinin Çeçenistan ofisi Titievə tələ qurulduğunu açıqlayıb.
“Oyub Titievi tanıyırıq. O çox əxlaqlı bir insandır. İslam dininin qaydalarına görə yaşayır. İçki içmir, siqaret çəkmir, narkotikdən ümumiyyətlə istifadə etmir.”