SOCAR-n kadr siyasətində tədbiq etdiyi üsullardan biri də rəhbərini dəyişmək istədiyi strukturlarına müavin, müşavir adı ilə öz kadrını göndərib sonra astaca yerdəyişmə etməsidir.
Tribunainfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. Hüquq müdafiəçisi bunları bildirib:
“”Neftqazelmitədqiqatlayihə” institutunun direktoru İsmayılov Fəxrəddin 21.10.2024 tarixində tutduğu vəzifəsindən azad olunub. Neftin nəqli üzrə direktor muavini Mübariz Quliyev müvəqqəti olaraq oktyabrdan direktorun vəzifəsini icra edir. Oktyabr ayından da direktorun kabinetində, onun kreslosunda SOCAR vitse-prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşir. Direktorun qəbul otağındakı katibə və köməkçi də Anar Əliyevin birbaşa xidmətindədirlər. Anar Əliyev həm Ümid Babək ƏŞ direktor müavini, həm vitse-prezident Babək Hüseynovun müavinidir, həm də “NİPİ” MMC-yə qeyri-rəsmi rəhbərlik edirdi. Nəhayət ki, “NİPİ” MMC-nin bazasında “SOCAR PROJECT AND ENGINEERING Center” (SOCAR layihə və Mühəndislik Mərkəzi) yaradıldı və Anar Əliyev ora rəhbər təyin olunub. Bu halda, axır ki, cənab Anar Əliyev üçuncü vəzifəni də tutdu.
Düşünürəm ki, Anar Əliyevin İnstitut direktoruna məxsus kabinetdən çıxmağa tələsməməsi, institut strukturuna daxil olan bir çox şöbələrin “SOCAR Layihə və Mühəndis Mərkəzinə” veriləcəyi ehtimalı yaradır. Və yeni yaradılan bu quruma da UBOC-dan işçi gətiriləcək?!”.
M.Qəhrəmanlı qeyd edib ki, Mərkəzin adı Azərbaycan Respublikasının Dövlət Dili haqqında qanuna zidd olaraq rəsmi sənədlərdə ingilis dilində (SPEC )yazılıb.
“Cavabını ala bilmədiyim sualım ətrafında yenə fikirləşirəm: Bilmək istərdim SOCAR-da iki, bəzən də üç vəzifə tutan vəzifə sahibləri hər vəzifəyə görə əmək haqqı və həm də peşəkarlıq ödənişi alır?”, deyə – hüquq müdafiəçisi əlavə edib.
Gülşən