“Gədəbəydə baş verən hadisələrlə bağlı Dövlət Komissiyasının yaradılması doğru addımdır”.
Bu fikirləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, Söyüdlü kəndinin camaatının şikayəti dinlənilməli və problem hərtərəfli araşdırılmalıdır.
Hüquq müdafiəçisi hesab edir ki, yaşlı qadının üzünə bibər qazı sıxılmasına gəlincə, Daxili İşlər Nazirliyinin əməkdaşları bölgəyə ezam olunub və xidməti yoxlama aparılır:
“Nazirlik açıqladı ki, həmin polisin adekvat olmayan davranışını qəbul edirik. İnanırıq ki, bu məsələdə günahı olan şəxs cəzalanacaq. Eyni zamanda, problemin bu yerə gəlib çıxmasının səbəbləri araşdırılmalıdır. Əgər qızıl mədəninə aid tullantılar gölə tökülürsə və zəhər yayırsa, deməli, kənd əhalisi boş yerə etiraz etmir. Ona görə mütəxəssislər məsələni araşdırmalıdırlar”.