“Huner Group”a cərimə protokolu yazıldıbackend

“Huner Group”a cərimə protokolu yazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin tanınmış tikinti şirkətlərindən olan “Huner Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Huner Group” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 233.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10.500 manatdan 12.500 manatadək məbləğdə cərimə edilir.

“Huner Group” MMC ilə bağlı işə Səbail rayon məhkəməsinədə baxılır. 7 noyabr tarixində növbəti proses keçiriləcək. İş hakim Şəhla Süleymanovanın icraatındadır.

Qeyd edək ki, MMC-nin təsisçisi Ehtiram Quliyev, direktoru Yusif Müslümovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar