“HUMANİTAR YÜK” ŞOUSU GÖSTƏRƏN “SPAYKA”… ERMƏNİSTANIN “DÜNYA BRENDİ”

“HUMANİTAR YÜK” ŞOUSU GÖSTƏRƏN “SPAYKA”… ERMƏNİSTANIN “DÜNYA BRENDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan Qarabağa “humanitar yük” adı ilə Laçın qapısının ağzını “Spayka” şirkətinin guya qida ilə dolu yük maşınları ilə məşğul edir. Günlərdir hərəkətsiz halda gözləyən “Spayka”nın yük avtomobilləri Ermənistanın dünya brendi kimi tanıtmaq istədiyi bir şirkətə məxsusudur.

Tribunainfo.az yazır ki, Ermənistan “Spayka” MMC-ni regionun aparıcı kənd təsərrüfatı holdinqi, beynəlxalq yükdaşıma bazarında lider, MDB ölkələri, Avropa və Fars körfəzinə ən böyük meyvə-tərəvəz istehsalçısı və ixracçısı kimi təqdim edir.
2009-cu ildə şirkət “Araratfruit” brendini yaradıb. Bu brend bir neçə ildir ki, əməkdaşlıq etdiyi ölkələrə erməni tərəvəz və meyvələrini daşıyır.
“Spayka” şirkətinin Ermənistanın kənd təsərrüfatına ümumi investisiya töhfəsi 300 milyon dollardır.
Şirkətin nəqliyyat parkında VOLVO brendinin 320-dən çox yük maşını var.
2019-cu ildə beynəlxalq bazarı da çıxmaq məqsədilə “Spayka” Berlin və Dubayda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgilərinə çağırılmasa da, ora qatılıb və iştirak edib.

Almaniyanın məşhur “KURTZ” brendinin xammalı və müxtəlif qablaşdırma avadanlıqları sayəsində polistirol qutu və altlıq da istehsal edir.

“Spayka”nın dünyaca məşhur tərəfdaşları da mövcuddur. Bunlar “Maqnit”, “X5”, “Aşan”, “Diksi”, “Monetka”, “Semya”, “Molniya”, “Lenta”, “Mariya-ra”, “Okey”, “Billa”, “Volvo”, “Krone”, “Karrier”, “Schmitz carlobul” şirkətləridir.