Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-Liseyə şagird qəbulu ilə bağlı “aztoday.az”a şikayətlər daxil olub.
Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-Liseyə şagird qəbulu ilə bağlı “aztoday.az”a şikayətlər daxil olub. Şikayətlərdə bildirilir ki, liseydə şagird qəbulu şəffaf deyil.
Belə ki, birinci sinifə qəbul qəbul olunmaq üçün keçirilən müsabiqələrin nəticələri formal xarakter daşıyır. Burada liseyin direktoru Nəzakət Əsgərovun maraqları əsas rol oynayır.
Təhsil Nazirliyi tərəfindən pilot məktəb elan olunan umanitar Fənlər təmayüllü məktəb-Liseydə tədrisin keyfiyyəti ilə bağlı da narazılıqlar var. Liseydə tədrisin keyfiyyətinin çox zəif olduğu bildirilir. Və ali məktəbə daxil olmaq istəyən şagirdlərin repititor yanına getməyə məcbur qalır. Liseydəki mövcud vəziyyət valideynləri qane etməsə də direktor Nəzakət Əsgərova onlara başqa çıxış yolu da qoymur. Liseydə ənənəvi məktəblərdəki neqatıv hallarda müşahidə olunur.
Lisey-məktəbdə direktor tərəfindən yaradılmış vəziyyət Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu da qane etmir. Xətai rayon İcra Hakimiyyətində təhsillə bağlı keçirilən iclaslarda Razim Məmmədov çıxışların birində açıq-aşkar Nəzakət Əsgərovanın fəaliyyətindən narazı qaldığını bildirdiyi də bizə çatan məlumatlar sırasındadır. Görünür, Nəzakət Əsgərova Təhsil Nazirliyi tərəfindən himayə olunduğundan liseydəki neqativ hallarla bağlı heç bir tədbir görülmur.