“Humanitar dərs” -Təlim keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclərvə İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.    Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclərvə İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.  

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin başkatibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasınınrəhbəri Rəşad Bayramov və 40 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova tədbirin mahiyyəti və gənclər üçünfaydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir. L.Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. TəlimlərinKİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq.Sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstəkverməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək lazımdır. Gənclərin mədəniyyətin inkişafında xüsusi yeri və rolu vardır. Onların istəyi, əməyi və çalışması ilə mədəniyyətimiz daha da inkişaf edir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik olan xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Bəzən, tələbələr universiteti bitirdikdən sonra özlərinin humanitar fəaliyyətlərini müəyyənləşdirə bilmirlər. Mədəniyyət anlayışının aşılanması və davamlı olaraq ölkə mədəniyyətində fəallıq göstərmək universitet tədrisindən uzaqdır. Bunu həm də, nəzəri olaraq tədris etmək uğursuz olduğu üçün, qeyri-formal metodlardan istifadə etmək daha uyğundur. Tələbə şəxsi karyera qurmağı daha çox düşünür. Milli kimlik anlayışının formalaşması mədəniyyətə daha çox bağlıdır. Tələbəlik dövrü bitəndən sonra, işfəaliyyətində humanitar təşəbbüslər vacibdir. Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırıb.