“Humanitar dərs” -Təlim keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonunda “Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin daha bir təlimi keçirilib. 

Nərimanov rayonunda “Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin daha bir təlimi keçirilib.

8 iyunda Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin daha bir təlimi keçirilib.

Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimova və 40 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq. Ölkəmizdə gənclərə böyük dəyər verilir və onların öz bacarıqlarını inkişaf etdirmək üçün xüsusi imkanlar yaradılır. Gənclər bu imkanlardan faydalı yararlanmağı bacarmalıdırlar. Təkcə özləri üçün deyil, Vətəni üçün, mədəniyyətimizin inkişafı üçün.

 

Daha sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək lazımdır. Gənclərin mədəniyyətin inkişafında xüsusi yeri və rolu vardır. Onların istəyi, əməyi və çalışması ilə mədəniyyətimiz daha da inkişaf edir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik olan xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Qeyd etmək istərdik ki, layihə zamanı gənclərlə keçiriləcək 10 görüşdən 8-i artıq həyata keçirilib: “Təfəkkür” Universiteti, “Odlar Yurdu” Universiteti, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Humanitar Kolleci və Bakı Biznes və Kooperasiya Kolleci.