“Human Rights Watch” təşkilatının yaradıcısı Robert Bernşteyn 96 yaşında vəfat edib.
TİA.AZ xəbər verir ki, Bernşteyn Nyu Yorkda həyatını itirib.
R. Bernşteyn 1944-cü ildə Harvard Universitetini bitirib və həmin dövrdə ABŞ Hava Qüvvələrində xidmət edib. Onun 1978-ci ilə qədər yaratdığı insan haqları təşkilatları 1988-ci ildə vahid mərkəzdə birləşərək “Human Rights Watch” adlandırılıb.
Qeyd edək ki, “Human Rights Watch” insan haqlarının müdafiəçisi kimi tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır.