Türkiyənin məşhur müğənnisi Hülya Avşarın “həyatımda heç kəs olmadığı üçün xoşbəxtəm” sözləri marqla qarşılanıb.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgi həyatı ilə həmişə diqqət çəkən müğənni jurnalistlərin suallarını cavablandırıb. Jurnalistin “xoşbəxt görünürsünüz, həyatınızda kimsə var?” sualına H.Avşar “həyatımda heç kəs olmadığı üçün xöşbəxtəm” cavabını verib.
Müğənni qeyd edib ki, özgürlük hər şeydən daha gözəldir:
“Həyatda ən gözəl şey özgürlükdür. Bundan sonra kiməsə izahat verə bilmərəm. Mən çox gözəl sevgi münasibətləri yaşamışam. Gözəl gəncliyim olub. Heç nədə gözüm qalmayıb. Ona görə də indi bunu dadını çıxarıram”.