“Hraparak”: “Türkiyə Ermənistana şərt qoyub”

“Hraparak”: “Türkiyə Ermənistana şərt qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, erməni nəşri Türkiyənin Ermənistana şərt qoyduğunu iddia edib.

Qəzet yazıb ki, Suriya hadisələrinə qədər Paşinyan Rusiyanı qüdrətli dövlət bilirdi. “Lakin həmin hadisələrdən sonra anladı ki, öz bazasını, hərbçilərini, yerli hakimiyyəti Suriyada qoruya bilməyən Rusiya, onu da qoruya bilməyəcək. Türkiyənin isə hansı gücə sahib olduğunu görərək, ona yaxınlaşmağa başlayıb. Amma Ankara da Ermənistan qarşısında şərt qoyub. Ya bizimləsən, ya da Rusiyanın yanına get”.