“Hraparak”: “Revanşistlər hakimiyyətə gəlsə, Bakının İrəvana müdaxiləsi qanuni olacaq”

“Hraparak”: “Revanşistlər hakimiyyətə gəlsə, Bakının İrəvana müdaxiləsi qanuni olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti maraqlı məqalə ilə çıxış edib.

Tribunainfo.az bildirir ki, erməni nəşri Zəngəzur dəhlizinin açılmasının uzaqda olmadığını və onun amerikalılar tərəfindən qorunacağını qeyd edib.

Nəşr diplomatik mənbələrə istinadən yazır ki, Azərbaycan və Ermənistan arasında Əbu Dabidə keçirilən görüşün təşəbbüskarı ABŞ-dır. “ABŞ Yaxın Şərqdə müəyyən dizaynlar etmək istəyir. Azərbaycan və Ermənistanı İbrahim sazişinə qoş.mağa çalışır. Elə BƏƏ-nin seçilməsi də bununla bağlıdır”.

“Hraparak” daha sonra iddia edib ki, Azərbaycan Ermənistandan daha çox güzəşt qoparmaq üçün prosesə davam edəcək. “Bakı başa düşür ki, Paşinyan onlara faydalıdır və bir tərəfdən onun iqtidarının varlığını uzatmaq üçün hər şeyi etməyə, digər tərəfdən isə ondan maksimumu sıxmağa çalışacaqlar”.

Erməni nəşri yekunda maraqlı bir məsələyə də toxunub. “Hraparak” yazır ki, əgər Ermənistanda revanşistlər hakimiyyətə gərlərlərsə, Azərbaycanın bu ölkəyə müdaxiləsi baş verəcək. “Hətta diplomatik mənbələr də təsdiqləyir ki, bu baş verərsə, Azərbaycanın müdaxiləsi qanuni əsas daşıyacaq”.

Fərda Uğur