“Hraparak”: “Makron minsifətdir, Bakını tənqid etməklə əsl sifətini gizlədir”

“Hraparak”: “Makron minsifətdir, Bakını tənqid etməklə əsl sifətini gizlədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Fransa prezidenti Emmuanel Makron ötən günlərdə Azərbaycanı Yeni Kaledoniyanın işlərinə müdaxilə etməkdə “ittiham” etmişdi. Tribunainfo.az xəbər verir ki, həmin açıqlamasında Ermənistanın baş nazirini tərifləyən Makron, Bakını “çəkinməyə” də çağırmışdı.

Qeyd edək ki, Azərbaycan XİN-i bunun cavabını verərək bəyan edib ki, Fransa prezidentinin çıxışı Qafqazda aranı qarışdırmaq cəhdi ilə yanaşı, həm də uğursuz xarici siyasətinin təzahürüdür.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə Makronu sərt tənqid edərək, onun hərəkətlərini “əsl sifətini gizlətmək” cəhdi kimi qiymətləndirib. Erməni nəşri yazıb: “Fransa prezidenti Emmuanel Makronun Paşinyanı tərifləməsi, Rusiyanı və Azərbaycanı ittiham etməsi əsas məqsədini, sifətini gizlətmək cəhdidir. Bu adam Qarabağın Azərbaycana verilməsinin memarıdır. Onun 2022-ci ilin 6 oktyabrın Qarabağ razılaşmasını təşkil etməsi də bunu sübut edir”.