Ermənistanda nəşr olunan çoxtirajlı “Hraparak” qəzeti yeni iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, erməni nəşrinin əsas iddiası Paşinyan hökumətinin Bakı ilə sinxron razılaşmaya getməsi ilə bağlıdır.
Qəzet yazır ki, Ermənistan hökuməti hazırda “Necə etmək olar ki, Azərbaycanın tələbləri yerinə yetirilsin?” sualı ətrafında düşünür. “Deyəsən, Paşinyan bu sualın cavabını tapıb. O, Konstitusiyaya dəyişiklik etmək əvəzinə Azərbaycana növbədənkənar parlament seçkilərini təklif edə bilər. Burada əsas tezis Azərbaycanla sülh müqaviləsinin imzalanması olacaq. Yəni, “Bizə etimad səsi verin ki, gedib Azərbaycanla sülh müqaviləsi bağlayaq”. Əgər Ermənistan vətəndaşlarının əksəriyyəti Paşinyana səs veribsə, deməli, onlar Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdırlar”.