HP: Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodu səmərəli fəaliyyət göstərmir

HP: Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodu səmərəli fəaliyyət göstərmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.

Bu barədə Tribunainfo.az Hesablama Palatasına istinadən xəbər verir.

Qeyd edilib ki, “Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” ASC-nin vasitəsi ilə) 363271,7 min manat məbləğində xərclərinin 120755,3 min manat məbləğində daxilolmalarını 3 dəfə üstələməsi, o cümlədən illik əməliyyat və texniki xidmət haqqı məbləğlərinin yüksək olması səbəbindən bərk məişət tullantılarının yandırılması ilə enerjiyə çevrilməsi üzrə 11 il ərzində aktiv fazada icra edilməkdə olan layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərib.

Bildirilib ki, auditlə əhatə olunan 2021-2023-cü illərdə “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilmə üçün təhvil alınmış ümumilikdə 2525,9 min ton təhlükəsiz tullantının 93,9%-i basdırılma və yandırılmaya yönəldilərək yalnız 6,1%-nin çeşidlənməyə qəbul edilməsi təmin olunub ki, bu da ASC-nin tərkibindəki Çeşidləmə zavodunun illik istehsal gücünün bir növbəli iş rejimi ilə 51,5%-nə, iki növbəli iş rejimi ilə 25,8%-nə bərabər olmaqla bərk məişət tullantılarının ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli zərərsizləşdirilməsi üsullarının üstünlük təşkil etmədiyini göstərib.