Dəniz və hovuz sularının göz allergiyasına səbəb ola biləcəyini ifadə edən Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Op. Dr. Murat Şahin, “Yay tətilində gözlər tez-tez dəniz və hovuzla birbaşa təmasda olur. Dəniz suyu gözlərdə quruluq, qızartı, yanma və sancma kimi allergik reaksiyalara səbəb ola bilər. Hovuzlarda xlor miqdarı daha çox olarsa, normaldan daha qıcıqlanma baş verir və qızartı və yanmağa səbəb olur”, – deyib.
Tribunainfo.az Habertürk-ə istinadən xəbər verir ki, göz allergiyası gözlərin müxtəlif alerjenlərə qarşı həssas olması nəticəsində yaranan bir xəstəlikdir. Tozcuqlar, heyvan tükləri, toz gənələri, gigiyena olmaması, makiyaj və ətraf mühit faktorları göz allergiyasına səbəb olur.
Kimlərin daha tez göz alerjisi olduğunu ifadə edən Op. Dr. Şahin bildirib ki, “Göz allergiyası daha çox uşaq və gənc xəstə yaş qruplarında görülsə də, hər yaş qrupunda baş verə bilər. Adətən hər iki gözü eyni vaxtda təsir edir. Allergik rinitlə birlikdə müşahidə olunur”.