Hövsanda qrup halında narkotik qəbul edilən ev aşkarlandı – VİDEObackend

Hövsanda qrup halında narkotik qəbul edilən ev aşkarlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib.
Tribunainfo.az  xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir.

Məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb. Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Hövsanda qrup halında narkotik qəbul edilən ev aşkarlandı - VİDEO